Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

18:30 | 31.03.2023
Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

Aprelin 2-də saat 08:00-dan 22:00-dək Binəqədi rayonu, Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Rəsmi məlumata görə, buna səbəb ərazidə aparılacaq təmir işləridir:

"Nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 71 nömrəli marşrutun hərəkət sxemi dəyişdiriləcək. İki istiqamətdə - "Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən)  - "Koroğlu” metro stansiyası istiqamətində fəaliyyəti təşkil ediləcək”, - rəsmi məlumatda bildirilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM