Bu ay Bakı şəhərində özünə qəsd hadisələrinin sayı açıqlanıb.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, yanvar ayı ərzində 25 özünə qəsd hadisəsi baş verib. Onun sözlərinə görə, özünə qəsd edənlərdən 6-nın həyatını xilas etmək mümkün olmayıb: “Yanvar ayı ərzində 6 nəfər - 4 qadın, 2 kişi özünü asıb. Hadisələrin hamısı ölümlə nəticələnib. 1 nəfər özünü bıçaqlayıb, o, xəstəxanaya çatdırılıb. 1 qadın özünü dənizə atıb, onu xilas etmək mümkün olub. 17 nəfər isə özünü zəhərləyib. Bunlardan 2-si sirkə turşusu, 15 nəfər isə dərmanla zəhərlənmədir. Onların arasında ölən yoxdur, hamısı xəstəxanaya yerləşdirilib”. Z. Vahidova qeyd edib ki, özünə qəsdlərin səbəbi onlara məlum deyil: “Bunun səbəbi bizə məlum deyil. Bizim borcumuz xəstəyə ilk yardım etmək, xəstəxanaya çatdırmaq, ölüm olduğu halda, bu barədə polisə məlumat verməkdir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !