Bu balıq məhsulunun satışı dayandırıldı - FOTOLAR

18:20 | 10.02.2020
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib.

BakuPost xəbər verir ki, bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı "Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxlama keçirilib. Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.

Aşkarlanan faktla əlaqədar "Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.




www.anews.az

Xəbər lenti