Banklar, baş verə biləcək devalvasiyadan sığortalanmaq üçün ekspertlərin "kreditlərin dollara çevrilməsi təklifini” reallaşdırmağa başlayırlar.
Adının açıqlanmasını istəməyən mənbənin "Marja”ya verdiyi məlumata görə, artıq "Bank Respublika” ASC dollarda olan kreditləri manata çevirir. Mənbə bildirib ki, müştərilər banka çağrılaraq kreditin dollara konvertasiya olunması təklif olunur.
"Bank Respublika” ASC-nin Mətbuat xidmətindən məlumat "Marja”ya təsdiq edilərək bildirildi ki, fevral devalvasiyasından sonra belə bir təşəbbüs irəli sürülüb:
"Hazırda bəzi müştəriləri banka dəvət edərək dollar kreditlərini manata çevirməyi təklif edirik. Proses mövcud məzənnə ilə həyata keçirilir. Qeyd edim ki, bu proses kütləvi şəkildə həyata keçirilmir. Müştəri qiymətləndirildikdən, onun riskləri nəzərə alındıqdan sonra kreditinin dollara çevirilməsinin mümkünlüyünə qərar verlir. Bu mərhələdən sonra müştəri banka dəvət olunur”.
Mətbuat xidmətindən qeyd edildi ki, Bank öz sabitliyinə və ehtiyatlarına güvənərək belə bir addım atıb.
Bankdan əlavə olaraq bildirildi ki, hazırda Bank Respublika həm dollarda, həm də manatda kreditlərin verilməsini davam etdirir. Dollar kreditləri 21%-dən, manat kreditləri isə 23%-dən başlayan faizlər ilə təklif olunur.
Qeyd edək ki, dollar kreditlərinin manata çevrilməsi əhalinin xeyrinədir. Baş verə biləcək devalvasiya zamanı kredit borcu olanların borc yükü artmayacaqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !