Çin polisi 10 “gizli bank” aşkar edərək bağlayıb. Bu banklar Çindən xaricə 22,6 milyard dollar pul köçürüblər.Polis 59 nəfəri həbs edib, 264 bank hesabını dondurub. 800 bank kartını müsadirə edib.Polis bildirib ki, bu adamlar öz evlərində oturub, bank hesablarını satın alırmış. Sonra bu bank hesablarının hər birindən xaricə 50 min dollar köçürürmüş. Çin qanunlarına görə, bir hesabdan xaricə bir ildə 50 min dollardan artıq köçürmək olmaz (azadliq.org).
Bizi sosial şəbəkələrdə izləyin !