Öz qida rasionunda o qədər də çox istifadə etmədiyi bir bitkinin adını adam niyə bu qədər şərəfləndirib Peyğəmbər Buğdası qoysun axı? Deyəsən, təbii və sağlam məhsul istehsalını özünə hədəf seçmiş Səba bu sualın cavabını çoxdan tapıb.
Bərəkətinə, bolluğuna, bizim torpaqlar üçün son dərəcə yüksək məhsuldarlığına və qidalılığına görə seçilən qarğıdalıya - bu möcüzəvi bitkiyə Azərbaycan xalqı belə mötəbər və gözəl bir ad verib, "Peyğəmbər büğdası” deyib.
Şivədən-şivəyə tələffüzü dəyişərək - peyğambığda, peyğəmbərbuğda, peyğəmbər buğdası, peyğəmbəri kimi səslənsə də, bir həqiqət dəyişilməzdir: əli qabarlı sadə kəndlinin qarğıdalıya verdiyi yüksək dəyər.
Mal-qarasını gümrah, qoyun-quzusunu ətli-yağlı, toyuq-cücəsini sağlam görmək istəyi ilə kəndli onları məhz qarğıdalı ilə yemləyib.
Hələ19-cu əsrdən başlayaraq Azərbaycanda qarğıdalı becərilməsi genişlənib. Bu gün isə ölkədə qarğıdalının ən böyük istehsalçısı kimi respublikanın əsas qida istehsalçılarından olan Səba şirkəti seçilir.
Bunun da səbəbi aydındır. Təcrübə və araşdırmalar ət hasilatı üçün ən zəruri olan zəngin enerji mənbəyi olaraq məhz yem kimi qarğıdalını önə çəkir.
Səba hələ fəaliyyətə başladığı vaxtdan yetişdirdiyi quşların ətinin bol olması üçün onların qidalanmasında heyvan mənşəli qidalardan və yağlardan – balıq, balıq unu, sümük unu, heyvan mənşəli yağlar və s. istifadədən bilərəkdən imtina edib. Çünki islami tələblərə görə, ət yeyən heyvanların və canlıların əti halal sayılmır. Bax elə buna görə də GİMDES kimi nüfuzlu beynəlxalq qurumun halal standartından keçmək Səba üçün rahat olub.
Səba hal-hazırda ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının standartları əsasında hazırlanmış Azərbaycan Respublikası Dövlət Halal Standartına layiq görülmüş yeganə toyuq əti istehsalçısıdır.
Bu brend adı altında buraxılan toyuqların ətinin qidalılığında, halallığında və sağlam görünüşündə qarğıdalının rolu əvəzedilməzdir.
Səba quşlarının bol çəkisi, dərisinin və yağının sağlam sarımtıl rəngi məhz qarğıdalının möcüzəsidir. Qarğıdalının tərkibinin 70%-dən artıq nişastadan ibarət olması onu tükənməz enerji mənbəyinə çevirir.
B vitamin qrupu, fosfor, maqnezisum, dəmir, sink və təbii lanolin yağı qarğıdalının qida kimi mükəmməlliyini göstərir.
Səba-nın zülal mənbəyi kimi istifadə etdiyi soya ilə bu bitki xüsusi möcüzə nümayiş etdirir – 50 qram soya ilə 100 qram qarğıdalı qarışığı 565 kalori verir. Bu, 1 böyük adamın 1 günlük amin turşularına tələbatının tam ödənməsi deməkdir.
Şirkət Ağcabədi və Beyləqandakı zəmilərində yetişdirdiyi qarğıdalı ilə artıq tək öz ehtiyaclarını təmin etməklə kifayətlənmir. Peyğəmbər buğdası - zəngin qidalılığı ilə seçilən qarğıdalı yerli fermerlərin də mal-qarasının yem ehtiyacının qarşılanmasında əhəmiyyətli rol oynayır.
Səba-nın nümunəsi möcüzəli qarğıdalının imkanlarından maksimum faydalanaraq, maldarlığın və quşçuluğun məhsuldarlığının yüksəldilməsinin mümkünlüyünü göstərir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !