“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputatdan AÇIQLAMA

14:15 | 01.06.2020
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputatdan AÇIQLAMA

“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputatdan AÇIQLAMA

Deputat Siyavuş Novruzov bəzi həmkarlarının maskayla bağlı cərimə məbləğlərinin aşağı salınmasına dair fikirlərinə sərt reaksiya verib.

"Qafqazinfo”nun məlumatına görə, Siyavuş Novruzov parlamentdə bildirib ki, burada söhbət cərimənin miqdarından getmir:

"Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı və ona riayət etməlidir. Filankəsin imkanı var, filankəsin imkanı yoxdur. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Yəni məsələnin həlli 2 vur 2-dir. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb