Bu da iOS 8

20:45 | 19.09.2014
Bu da iOS 8

Bu da iOS 8

Apple şirkəti iOS 8 platformasını təqdim edib . Yeni əməliyyat sistemi görünüşcə əvvəlki iOS 7dən köklü fərqlənməsə də, amma istifadəçilər üçün bir neçə maraqlı imkan var.

Apple şirkəti iPhone smartfonu və iPad planşeti üçün iOS 8 platformasını çıxarıb. iOS sisteminin yeniləməsi iPhone 4s və yuxarı, iPad 2 və yuxarı, iPad mini və beşinci nəsil iPod touch ilə uyğundur. Beləliklə, iPhone 4 sahibləri öz qurğularına iOS 8 yeniləməsini yükləyə bilməyəcəklər.

iPhone və iPad qurğularına iOS yeniləməsini quraşdırmaq üçün qurğunu kompüterə qoşaraq iTunes proqramından istifadə etməklə və ya Wi-Fi vasitəsilə Sazlamalar menyusundan Proqram təminatını yenilə bəndini seçmək lazımdır.

iOS 8 yeniləməsinin tutumu 1,4 QB təşkil edir. Yeniləmənin quraşdırılması üçün qurğuda 4-7 QB tutumunda boş disk sahəsi lazımdır.

iOS 8 yeniləməsinin çıxarılması ilə iPhone və iPad istifadəçiləri bir neçə maraqlı imkandan istifadə etmək şansı əldə ediblər. Məsələn, tətbiqlərin daxilində axtarış imkanı, iMessage xidmətində səsli mesajların göndərməsi və sairə.

Məhz iOS 8 yeniləməsinin çıxarılması ilə əlaqədar tərtibatçılar App Store onlayn mağazasında qanuni kənar klaviatura tətbiqləri yerləşdirmək imkanı əldə ediblər.

iOS 8 platformasında Healthkit fitnes tətbiqi də əlçatan olub.

ICTnews.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM