"Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır”.
"Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən, 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq”, - komitə sədri qeyd edib.
O əlavə edib ki, Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq:
"Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !