Sürücü avtobusu əks istiqamətə çıxarıb
"BakuBus"un sürücüsü cəzalandırılıb. Buna səbəb sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 13 nömrəli xətt üzrə hərəkət edən 99 JX 266 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücünün Kərimov Kamran Ağakərim oğlu olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Beləliklə, sürücü 4 bal, 100 manat cərimə edilib.
Xatırladaq ki, sürücü avtobusu əks istiqamətə çıxararaq hərəkət edib. Təhlükəli vəziyyət yaradan avtobus sürücüsü əks yola çıxdığı azmış kimi hələ qarşısına çıxan avtomobildən yol da istəyib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, videogörüntü əsasında dərhal araşdırma başlanılıb. Agentlik tərəfindən daşıyıcı şirkət qarşısında məsələnin araşdırılması ilə bağlı tələb qoyulub.
Bundan sonra sərnişinlərin həyatını kobud qayda pozuntusuna yol verərək təhlükəyə atan sürücü "Baku Bus” MMC tərəfindən işdən azad edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !