Bu dəfə əsir düşən uşaqlar danışacaq - KİTABda

10:28 | 10.01.2014

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əsir və itkin düşmüş uşaqlar haqqında kitab hazırlayır.Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın Modern.az-a verdiyi məlumata görə, kitabda qaçqın və məcburi köçkün düşən uşaqların öz dili ilə söylənilən hekayələr əks olunacaq.“Ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi başlanan dövrdən şəhid olan, itkin düşənlərlə bağlı geniş məlumat veriləcək. Kitabda erməni təcavüzü və işğalının əsl mahiyyəti haqqında dəqiq informasiya öz əksini tapacaq. Burada məqsəd bu müharibənin ağır fəsadlarını uşaqların gözü il dünyaya göstərməkdir. Məsələn, 1988-1993-cü illərdə Ermənistandan deportasiya soydaşlarımızın sayı 250 mindən çoxdur. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Dağlıq Qarabağdan, eləcə də ona bitişik olan 7 rayondan məcburi köçkün düşənlər 300 mindən çoxdur. 200 min ailə məcburi köçkün, 10 minə yaxın uşaq əlil olub. Dağlıq Qarabağ münaqişəsi zamanı 195 uşaq ölüb, 46 uşaq itkin, 6 azyaşlı isə minaya düşüb. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində itkin düşən 46 yetkinlik yaşına çatmayan uşaqdan 16-sı azyaşlı qızdır. Erməni əsirliyindən azad olunanların sayı isə 64 nəfərdir. Bütün bunlar kitabda öz əksini tapacaq”, – deyə, A. Veysova bildirib.  Bu rəqəmlər statistikadır. Gerçək rəqəm bu statistikadan dəfələrlə böyükdürANN.Az

loading...