Bu dəfə mikrofon yerinə, su butulkası uzadıldı

14:11 | 29.06.2019
21 yaşadək futbolçulardan ibarət  Almaniya və Rumıniya komandaları arasında keçirilən oyununu izləmək üçün matçın keçirildiyi "Renato Dall'Ara” stadionuna gedən Mirça Luçesku xoşagəlməz durumla qarşılaşıb.

"Qafqazinfo” xəbər verir ki, oyundan öncə jurnalistlərə müsahibə verən Türkiyə millisinin sabiq baş məşqçisinə mikrofon əvəzinə, plastik su butulkası uzadılıb.

Məsələdən agah olan jurnalislər rumıniyalı mütəxəssisə edilən hərəkətə görə həmin şəxsi ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsində keçirilən İslandiya – Türkiyə matçından öncə qonaqların futbolçusu Emre Belözoğluna mikrafon yerinə fırça uzadılmışdı.

www.anews.az
loading...

Xəbər lenti