Bu dəfə qəzanı polis törətdi

11:04 | 20.07.2015
Bu dəfə qəzanı polis törətdi

Bu dəfə qəzanı polis törətdi

Azərbaycan paytaxtında yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Mirzə Əliağa oğlu Məmmədovun idarə etdiyi  90-AP-048 dövlət nömrə nişanlı "Fiat Doblo” markalı avtomobillə Bakı şəhər sakini Əhsən Həsən oğlu Ağamirovun idarə etdiyi 99-CC-989 dövlət nömrə nişanlı "Mercedes” markalı maşın toqquşub.
 
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. 
 
Qeyd edək ki, polis serjantı Mirzə Məmmədov Sabunçu rayonu Dəmir Yol Xətt Polis Şöbəsində sürücü işləyir. Onun idarə etdiyi "Fiat Doblo” isə xidməti avtomobildir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM