Bu ərazilərdə qazın verilməsində fasilə yaranacaq

10:00 | 01.04.2024
Bu ərazilərdə qazın verilməsində fasilə yaranacaq

Bu ərazilərdə qazın verilməsində fasilə yaranacaq

Aprelin 1-i Suraxanı rayonu Bülbülə qəsəbəsində və Sumqayıt şəhəri Təzə Corat və Köhnə Corat adlanan ərazilərdə qazın verilməsində fasilələr olacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, buna səbəb adıçəkilən ərazilərdə təmir işlərinin aparılmasıdır.

" "Təmiz Qaz” QSC tərəfindən aşkarlanan sızmalar, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə aprelin 1-i saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM