Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Bakının bir neçə hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "APA-Economics”ə "Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.
"Bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !