Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda bir necə gün əvvəl yağan yağıntıların nəticəsi olaraq, yenidən fəallaşan sürüşmə sahələrinin adlarını açıqlayıb.
ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, hazırda daha çox cənub bölgəsində - Masallı rayonunun Qodman, Züvand, Güllütəpə kəndlərində, Lerikin Soru, Veri-Əliabad və Kirəvud kəndlərində, Ağsu aşırımında yerləşən Şamaxının Saqyan kəndindəki sürüşmə sahələrində, eyni zamanda Bakı-Şamaxı yolunun 106-111-ci km-lyində, Cəlilabad-Yardımlı, Muğanlı-İsmayıllı avtomobil yollarında nisbi aktivlik davam edir.
Ə.Qaralov deyib ki, Bakıda və Abşeron yarımadasında isə Hökməli qəsəbəsində, Masazır qəsəbəsində - "Zəli gölü" adlanan ərazidə, "Zığ” sürüşmə sahəsində nisbi aktivlik bu gün də müşahidə edilir.
Ekspedisiya rəisi hazırda aktivliyin qeydə alındığı sürüşmə sahələrinin fəallaşmasına insan amilinin də təsir etdiyini söyləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !