Bu fəaliyyət qadağan edilir - Qanunda DƏYİŞİKLİK

10:10 | 14.04.2021
Bu fəaliyyət qadağan edilir - Qanunda DƏYİŞİKLİK

Bu fəaliyyət qadağan edilir - Qanunda DƏYİŞİKLİK

Azərbaycanda dini ekstremizmin təbliğinə yönəldilmiş fəaliyyət qadağan olunur.

"Report”un xəbərinə görə, bununla bağlı "Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.

Dəyişikliklə qanunun 1.3-cü maddəsinə yeni altıncı və yeddinci hissələr əlavə olunur.

Layihəyə əsasən, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Digər bir dəyişikliklə isə kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb