Bu film 11 ölkədə qadağan edilib - Fotolar

21:18 | 12.02.2015
Bu film 11 ölkədə qadağan edilib - Fotolar

Bu film 11 ölkədə qadağan edilib - Fotolar

Filmlər əyləncə məqsədilə çəkilsə də, bəzi filmlər var ki, oların nümayişi bir çox ölkələrdə qadağan edilir. Bunun səbəbləri isə müxtəlifdir. Bəziləri mövzusuna, bəziləri süjet xəttinə, bəziləri isə sırf təbliğ etdiyi ideyalara görə qadağan edilir.

Məsələn, qorxulu filmlər insanların, xüsusilə yeniyetmə və gənclərin psixologiyasına mənfi təsir etdiyi üçün bu filmlər bəzi ölkələrdə nümayiş etdirilmir. Belə ki, hətta bir sıra insanlar psixoloji cəhətdən həmin filmlərin təsiri altına düşərək cinayətlər də törədə bilərlər. 

Bəzi sənət əsəri adlandırılan filmlərin nümayişi isə sırf əxlaqi cəhətdən yolverilməz olduğu üçün qadağan edilir. Belə ki, ölkələr, xalqlar, cəmiyyətlər, adət-ənənələr fərqli olduğu üçün belə filmlər heç də bütün dünya ölkələrində qəbuledilən deyil.

"Life of Brian" ("Brayanın həyatı") - 1979-cu ildə çəkilən film Norveç, Sinqapur, İrlandiyada qadağan edilib. Qeyd edək ki, bu film müxtəlif cərəyanları parodiya edir. Filmdə feministlər, dini fanatlar, terrorçu-kamikadzelər, millətçilər, siyasi populistlər əsas gülüş hədəfidirlər.

"All Quiet on the Western Front" ("Qərb cəbhəsində sakitlikdir") - 1930-cu ildə müharibə mövzusunda çəkilmiş film sadəcə iki ölkədə - İkinci Dünya Müharibəsində müttəfiq ölkələr olan Avstriya və Almaniyada qadağan edilib.

"The Texas Chainsaw Massacre" (Texasda mişarla qətliam) - 1974-cü ildə çəkilən film Finlandiya, İngiltərə, Braziliya, Avstraliya, Çili, İrlandiya, Norveç, Sinqapur, İsveç başda olmaqla 11 ölkədə qadağan edilib.

"The Exorcist" ("Şeytanı qovan") - 1973-cü ildə çəkilən qorxu filminin nümayişi İngiltərə, Malayziya və Sinqapurda qadağan edilib. //anspress.az
 







0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb