Bu filmə görə körpəsini itirdi – QALMAQALLI FİLMLƏR

09:42 | 17.01.2015
Bu filmə görə körpəsini itirdi – QALMAQALLI FİLMLƏR

Bu filmə görə körpəsini itirdi – QALMAQALLI FİLMLƏR

"Ən qalmaqallı filmlər” layihəsində Tod Brouninqin "Eybəcərlər” filmini təqdim edirik.
 
Amerika rejissoru Tod Brouninq (1880-1962) qorxu janrının əsasını qoyanlardan biridir. 
 
Səyyar sirkdən bəhs edən "Naməlum” (1927) qorxu filmi onun ən təsirli ekran işlərindən sayılır. Xüsusən də aktyor oyununun ustalığına görə mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.
 
İrland yazıçısı Brem Stokerin eyni adlı "Drakula” romanı əsasında  (1931) çəkdiyi qorxu filmini mütəxəssislər ən inanılmaz sevgi hekayəti   adlandırıb.
 
Amma filmi maliyyələşdirən studiya rejissordan onu ixtisar etməyi, dinamikləşdirməyi tələb edib. Nəticədə filmdən bir neçə vacib səhnə çıxarılıb.
 
"Drakula”nın kommersiya uğuru qazanması sonradan bu mövzuda çəkilmiş digər filmlərin ("Drakulanın qızı”,  "Deakulanın evi” və s.) də uğuruna təsir göstərir.
 
Bu film eyni zamanda "Universal” studiyasında klassik qorxu filmləri seriyasının əsasını qoydu.
 
"Vampirin əlaməti” (1935) mistik trilleri müəmmalı qətllərdən danışır. Filmin Parisdə nümayişi zamanı kinoteatrlardan biri belə reklam yaymışdı ki, "Bu filmə gecəyarı boş zalda baxmağa cəsarəti çatan adamı mükafat gözləyir”.
 
Qalmaqallı filmlər layihəsində rejissorun yaradıcılığının ən əhəmiyyətli filmi sayılan və eyni zamanda öz dövründə kommersiya baxımından iflasa uğrayan "Eybəcərlər” (1931) dramının təqdim edirik.

Səyyar sirk truppasında normal insanlarla yanaşı fiziki inkişafdan qalmış aktyorlar da çalışır.  Gözəl gimnast qadın Kleopatra təsadüfən öyrənir ki, onu sevən liliput Hansa qohumundan böyük miras qalıb. O, mirası ələ keçirmək üçün özünü Hansa aşiq olmuş kimi göstərir. Və onu sevgilisi karlik Fridadan ayırır. Qadın fiziki qüsurlu adamlara rişxəndlə yanaşır, toydan sonra Hansı zəhərləmək istəyir. Bunu bilən, truppanın başqa fiziki qüsurları olan üzvləri Kleopatranı eybəcər hala salırlar. Tamaşaçı finalda nitqdən məhrum və çox eybəcər, toyuğa bənzəyən qadın görür.
 
Qorxu elementlərinin də olduğu film dünya kino tarixində ən qeyri-adı fiziki qüsurlu aktyorların  oynadığı filmdir. Mahiyyətcə, film humanist, əxlaqidir. 
 

"Eybəcərlər” Amerika yazıçısı Tom Robbinsin qısa hekayəsinin sərbəst yozumudur. Ssenari üzərində bir neçə nəfər beş ay ərzində işləyib.  
 
Broununiq kastinqə Amerikada fəaliyyət göstərən bütün - fiziki qüsurları olan səyyar sirkçiləri dəvət etmişdi. Onların çoxu həqiqi adı ilə iştirak edib.
 
"Eybəcərlər”in xronometrajı 90 dəqiqə olsa da, test baxışı zamanı studiya rejissordan filmin yenidən montajını tələb etdi. Nəticədə film 64 dəqiqə oldu. Çünki test baxışda iştirak edən tamaşaçılardan biri studiyanı məhkəmə ilə hədələyib. O, bildirib ki, bu filmdən sonra o, bətnindəki körpəsini itirib.
 
Amerika publikası rejissorun təklif etdiyi bu açıqlığa hazır deyildi. Ona görə film iflas oldu, uzun illər arxivdə qaldı. Bundan başqa çox ölkədə qadağan edildi.

1961-ci ildə film yenidən ekranlara çıxarıldı və kult statusu aldı.
 
Film hələ də Amerikanın bir neçə ştatında qadağan olunub.
 
Bu film 1960-cı illərdə nonkonformist mədəni cərəyanlara böyük təsir elədi. Məsələn, müasir foto sənətinin klassiklərindən biri Diana Arbusa ciddi təsir göstərdi. Arbus da əsasən fiziki qüsurlu adamları çəkirdi. Rejissor Devid Linç isə "Fil adam”ı (1980) bu filmin təsiri ilə çəkib.
 
Maraqlı faktlar
 
Studiya fiziki qüsurlu aktyorlara kafedə yeməyi qadağan eləmişdi. Başqa pavilyonlarda çəkilən həssas aktrisalara pis təsir etdiyinə görə.
 
    ***
 
Toyuq insan obrazını aktyor, rejissor, qrim və xüsusi effektlər üzrə usta, Brouninqin 11 filmində çəkilmiş Lon Çeyn hazırlayıb.
                                 
    ***
 
Filmdə çəkilən real obrazlardan biri Randianın əli və ayağı yoxdur, yalnız gövdəsi var. Onu tırtıl-insan, gövdə-insan adlandırırdılar. Deyilənə görə, çəkiliş vaxtı onun qaranlıq künclərdə gizlənərək başqalarını qorxutmaq kimi adəti vardı. //kulis.az
 
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM