Bu futbolçu prezidentin xahişi ilə milliyə qayıdır

17:42 | 22.05.2019
Bu futbolçu prezidentin xahişi ilə milliyə qayıdır

Bu futbolçu prezidentin xahişi ilə milliyə qayıdır

Türkiyənin "Kayserispor” klubunun futbolçusu Asamoa Qyan Qana milli komandasındakı çıxışını bərpa etməyə qərar verib.

ONA-nın məlumatına görə, 2 il əvvəl yığma karyerasını başa vuran hücumçu komandaya qayıdışını öz twitter səhifəsində açıqlayıb.

A.Qyan bildirib ki, milliyə Qana prezidenti Nana Addo Dankva Akufo-Addonun xahişi ilə qayıdır: "Onun xahişini qəbul etdim və məşqçilər korpusundan dəvət gözləyirəm. Əvvəlki kimi yenə yığmanın Afrika kubokundakı 30 illik qələbə həsrətinə son qoymaq hissi ilə alışıb yanıram. Bu ölkə və xalqa xidmət etmək istəyirəm”.

A.Qyan millidə keçirdiyi 106 oyunda 51 qol vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM