İyunun 28-də Braziliyda dünya çempionatının 1/8 final mərhələsinin oyunları ilə yanaşı, müsəlman dünyasının müqəddəs aylarından olan Ramazan ayı başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, Braziliyadakı isti və rütubətli havaya baxmayaraq bir çox futbolçu oruc tutacağını elan edib. Almaniya millisinin türk əsilli futbolçusu Mesud Özil verdiyi açıqlamada Braziliyadakı hava şəraiti ilə əlaqədar oruc tutmayacağını bildirib.
Lakin Fransa millsinin əksər üzvləri Kərim Benzema, Mamadu Sako, Bakari Sanya, Pol Poqba, Belçikadan Adnan Yanuzay, Fellaini, Musa Dembele, Nasir Çadli, İsveçrə yığmasından Şerdan Şakiri,Gökhan İnler Braziliyada oruc tutacaqlarını bildiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !