Ötən gecə Yunanıstan üçün ağır keçib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ölkənin paytaxtı Afinada hökumətin qəbul etdiyi xilas paketinə etiraz edənlər küçələrə axışıblar. Yunan hökumətinin Avro Zona liderliyi ilə birgə razılaşdırdığı xilasetmə paketinə etiraz edənlər antikapitalist cəbhə üzvləri Klafthmonos meydanında toplanıblar Daha sonra onlar parlament binasının yerləşdiyi Sintagma Meydanı istiqamətində yürüş keçiriblər.
Təxminən 500 nəfərlik etiraz dəstəsi "Xalqın daha çox kasıblaşmasına yox!", "Çipras hər şeyi məhv etdi", "Yeni kəmərsıxma siyasətinə Yox!" şüarları səsləndiriblər.
Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bəzi etirazçıları saxlanıb.
Yunanıstanın kreditorlarla bağlı hazırlanan müqaviləsi bu gün parlamentə çıxarılacaq. Bu gün daha çox etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !