Bu gecə Azərbaycanda 2 zəlzələ baş verib

09:30 | 15.03.2014
Bu gecə Azərbaycanda 2 zəlzələ baş verib

Bu gecə Azərbaycanda 2 zəlzələ baş verib

Bu gecə Azərbaycanda ardıcıl 2 zəlzələ baş verib.AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla saat 04:58:22-də Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.0, dərinliyi 3 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. İkinci zəlzələ isə yerli vaxtla saat 06:20:52-də Lənkərandan 22 km şimal-qərbdə qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 42 km olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM