Gecə saat 01:00-dan 05:00-a qədər “Azəricard”ın xidmət göstərdiyi 30 bankın 2 milyon plakstik kartı ilə əməliyyat həyata keçirmək mümkün olmayacaqAprelin 9-dan 10-a keçən gecə “Azericard” prossessinq mərkəzi fəaliyyətini dayandıracaq. Şirkətdən Fins.az-a verilən məlumata görə, buna səbəb sistemdə həyata keçirilən yenilənmə işləridir. Buna görə də, gecə saat 01:00-dan 05:00-a qədər “Azəricard”ın xidmət göstərdiyi 30 bankın 2 milyon plakstik kartı, 1500 bankomatı və 30 minə yaxın POS-terminal vasitəsilə əməliyyat həyata keçirmək mümkün olmayacaq.Qeyd edək ki, hazırda Azərbaycanda bankomatların say 2400-ə yaxın, posterminalların sayı isə 33 045-dir. Başqa sözlə, ölkədəki bankomatların 60%-i, posterminalların isə 90%-i "Azərikard"ın payına düşür.Bu müddət ərzində plastik kartlar vasitəsilə bütün əməliyatlar dayandırılacaq. məsələn, ticarət mərkəzlərində plastik kart vasitəsilə alqı-satqı etmək, internet və ya bankomatlar vasitəsilə mobil danışıq haqqını, kommunal xidmətlərin haqqını ödəmək, internet mağazalarda alqı-satqı aparmaq, bankomatdan pul çıxarmaq mümkün olmayacaq. Bütün bu sistem yenilənmə işləri başa çatandan sonra yəni səhər saat 5-dən sonra işə düşəcək. “Azericard”ın xidmət göstərdiyi bankların siyahısı ilə buradan tanış olmaq mümkündür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !