Bu gecədən Bakıda magistral yol bağlanacaq - Sürücülərə xəbərdarlıq

15:10 | 23.08.2014
Bu gecədən Bakıda magistral yol bağlanacaq - Sürücülərə xəbərdarlıq

Bu gecədən Bakıda magistral yol bağlanacaq - Sürücülərə xəbərdarlıq

Avqustun 24-dən 25-ə keçən gecədən etibarən Bakıda kənar dairəvi yolla Bakı-Sumqayıt yolunun kəsişməsindən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından Lökbatan və yaxud Ələt-Astara istiqamətində olan hissəsi avtomobillərin hərəkəti üçün tam məhdudlaşdırılacaq.Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib.V.Əsədov qeyd edib ki, son zamanlar iri tonajlı, ağır çəkili yük avtomobillərinin normadan bir neçə dəfə artıq daşıdığı yükün hesabına həmin yol üzrə nahamarlıq əmələ gəlib, yolun asfalt hissəsi yararsız vəziyyətə düşdüyü üçün qeyd edilən ərazidə məcburi olaraq yeni asfalt örtüyünün çəkilməsi zərurəti yaranıb.V.Əsədovun sözlərinə görə, bu baxımdan Bakı Şəhər Dövlət Yol Polisi avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, təxminən 1 həftə müddətində qeyd edilən kəsişmədən, yəni Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Lökbatan və yaxud Ələt-Astara istiqamətində hərəkət edənlər alternativ yol kimi Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişən hisəsindən hərəkət etsinlər.V.Əsədov sürücülərə tövsiyə edib ki, bütün bunları nəzərə alıb, həmin ərazidə tıxacların, yol qəza hadisələrinin yaranmaması üçün əvvəlcədən getdikləri istiqaməti müəyyənləşdirinlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb