Bu gün Azərbaycanda 18 dərəcə şaxta olacaq

09:21 | 19.12.2013
Bu gün Azərbaycanda 18 dərəcə şaxta olacaq

Bu gün Azərbaycanda 18 dərəcə şaxta olacaq

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilirBu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 0-3 , gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında dekabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 14-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb