Bu gün Bakı şəhərinin avtomobil yollarında ötən günlərlə müqayisədə daha çox tıxac müşahidə olunur. Bu barədə "Report"a Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. "Sumqayıt-Bakı şosesi, Bakı Avtovağzalının qarşısı, Cavadxan Küçəsi - "Memar Əcəmi" metrosu istiqamətində, Azadlıq prospekti, Şövkət Məmmədova küçəsi - Ayna Sultanova istiqamətində, Zərifə Əliyeva küçəsi, Əbdülrəhimbəy Haqverdiyev - "Olimp" istiqamətində, Həsən Əliyev küçəsi - Koroğlu Rəhimovla kəsişmə istiqamətində, həmçinin "N.Nərimanov" metrosu istiqamətində, Xətai prospektində - Təhsil Nazirliyi qarşısında tıxac var", - deyə Mərkəzdən bildirilib. NİİM-dən qeyd olunub ki, bununla yanaşı, Heydər Əliyev prospektində, əsas yolda nisbətən sıxlıq müşahidə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !