Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi dedi ki, işçilərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatıb: "İşçilərlə bir illik əmək müqaviləsi bağlanmışdı. Baxmayaraq ki, şirkət ötən il əmək müqaviləsinin müddətinin uzadılacağını bildirmişdi. İşdən çıxanlara kompensasiya verilmir”.
M.Qəhrəmanlı qeyd etdi ki, işdən çıxarılanlar təşkilata müraciət ediblər: "Neftçilər bildirir ki, 2013-cü ildə ASCO sirkətində işə qəbul olunublar. Bəziləri dənizdə çalışıb. Yanvarın 30-da da işdən çıxarılıblar”.
İşçilər işə qəbul olunurkən əmək müqavilələrinin hər il uzadılacağına dair vəd verildiyini iddia edirlər: "Onlar "BP-Azerbaijan” şirkətinin platformada yeni açılmış işində çalışdırılmalı idilər. Ancaq bir ildən sonra həmin iş yerləri ləğv olunub”.
Təşkilat sədri Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə” institutunda da işçilərlə 3 aylıq müvəqqəti müqavilə bağlandığı ilə bağlı müraciətlərin daxil olduğunu dedi: "Bu fakt "Bahar Energy” şirkətində də qeydə alınıb. Müvəqqəti əmək müqavilələri işdən çıxarmalar üçün bəhanədir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !