Bu gün dünya müsəlmanlarının vəhdət günüdür

13:37 | 17.01.2014
Bu gün dünya müsəlmanlarının vəhdət günüdür

Bu gün dünya müsəlmanlarının vəhdət günüdür

Bu günlər müsəlmanlar arasında vəhdət günləri hesab olunur. Çünki Peyğəmbərin (s) şəxsiyyəti bütün müsəlman üçün ortaq bir dəyərdir. Peyğəmbər (s) və İmam Sadiq (ə) dünyaya gəlməsi tarixi hadisədir.SalamNews xəbər verir ki, bunu ilahiyyatçı-alim, Bakının Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib.O deyib ki, bu insanlar, xüsusilə Peyğəmbər (s) yeni din gətirdi. Sonuncu ilahi dinin təbliğatçısı olan bir şəxs idi və onun doğulduğu gün məhz bu aya təsadüf edir. Allahın yer üzərinə rəhmət olaraq göndərdiyi bir şəxsin doğum günüdür. Allah Peyğəmbəri (s) insalara rəhmət olaraq göndərib. Yəni öz ümmətinin dərdini çəkən, qayğıları ilə yaşayan bir insan dünyaya gəlib.Onun sözlərinə görə, eyni zamandan bütün ömrünün ilahi dinin təbliğ olunmasına, insanların doğru yola istiqamətlənməsinə sərf edən bir insanın doğum günüdür. Min illər keçsə də Peyğəmbərin (s) şəxsiyyəti günü-gündən daha da təravətli olur. Onun müqəddəs şəxsiyyətinə maraq daha da artır. Bu da Peyğəmbərimizdə (s) olan bir sıra xüsusiyyətlərlə bağlıdır. İlk olaraq peyğəmbərimizin ağıl və məntiqinə əsaslanması ilə bağlıdır.Ş.Həsənli vurğulayıb ki, digər tərəfdən Peyğəmbərimizin (s) gözəl əxlaq sahibi olması ilə əlaqədardır. Peyğəmbər ilk növbədə özü dediyinə özü əməl edirdi. Öz sözlərinə özü əməl edirdi, deyə insanlar tərəfindən sevilidi. Peyğəmbər o şəxsdir ki, Allah "Qurani Kərim"də onun əxlaqını tərif edib, onu gözəl və böyük əxlaq sahibi adlandırıb. Ona görə də böyük əzəmətli bir gündür, bayramdır.Xatırladaq ki, rəbiül-əvvəl ayının 17-də Məhəmməd Peyğəmbərin (s) və müsəlmanların 6-cı İmamı – Cəfər Sadiqin (ə) mövlud günüdür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM