İyunun 10-da İsrail parlamenti səlahiyyət müddəti bitən prezident Şimon Peresin yerinə yeni ölkə başçısı seçəcək.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, seçkinin favoriti 74 yaşlı Reuven Rivlindir. O, vaxtilə iki dəfə İsrail Knessetinin spikeri seçilib və rabitə naziri vəzifəsində çalışıb. Rivlinin əsas rəqibləri digər eks-spiker Daliya İtzik və karyerası ərzində maliyyə, ədliyyə və daxili işlər nazirlikləri daxil olmaqla, yeddi nazirliyə başçılıq etmiş Meir Şitrit olacaq. Eyni zamanda, prezident seçilmək üçün təqaüdçü hakim Dalia Dorner və kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman öz namizədliyini irəli sürüb. Qeyd edək ki, prezident Knesset tərəfindən 7 illik müddətə seçilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !