Bu gün itən təyyarənin axtarışında həlledici gündür

13:32 | 08.04.2014
Bu gün itən təyyarənin axtarışında həlledici gündür

Bu gün itən təyyarənin axtarışında həlledici gündür

Malayziya aviaşirkətinə məxsus "Boinq-777" tipli sərnişin təyyarəsinin radarlardan itərək naməlum şəraitdə yoxa çıxmasından düz 1 ay keçir. ANS PRESS-in məlumatına görə, hələ də tapılmayan təyyarənin axtarışı istiqamətində əməliyyatda bu günün həlledici olduğu hesab edilir. Belə ki, təyyarənin qara qutusunun siqnal ötürmə qabiliyyəti bu gündən etibarən sıfıra enə bilər. Axtarış əvvəlcə Çin, daha sonra isə Avstraliya və Amerika Birləşmiş Ştatlarına məxsus hərbi gəmilərin əldə etdiyi siqnalların işarə verdiyi yerdə cəmləşdirilib. Həmin siqnalın məhz itən təyyarənin qara qutusuna aid olduğu ehtimal edilir. Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən yoxa çıxan təyyarədə ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub. Onların əksəriyyəti Çin vətəndaşlarıdır. Aqibəti naməlum olan insanların ailələri və yaxınları isə narahatlıq içindədir. Bu gün Çinin paytaxtı Pekində təyyarənin yoxa çıxmasının 1 ayını qeyd etmək üçün anım mərasimi keçirilib və şamlar yandırılıb. Bu tədbir çinlilərin rəhmətə getmiş yaxınlarını yad etdiyi «Məzar başında yatma festivalı»na təsadüf edib. Lakin anım mərasimdə iştirak etməkdən imtina edən ailələr də olub. Onlar rəsmilərdən hələ də tutarlı məlumat ala bilmədiklərindən şikayətlənirlər. Malayziyanın paytaxtı Kuala-Lumpurda da təyyarənin itməsinin 1 ayı münasibətilə şamlar yandırılıb. Merdeka meydanına toplaşan onlarla insan birlikdə dua edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM