Bu gün Nobel prospektində hərəkət olmayacaq

12:00 | 01.08.2014
Bu gün Nobel prospektində hərəkət olmayacaq

Bu gün Nobel prospektində hərəkət olmayacaq

Bu gün saat 11: 00-dan Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun iki zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yolun bağlanması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə həyata keçirilir. Bununla əlaqədar qurum sürücülərə alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etmələrini tövsiyə edir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM