Bu gün prezident qəbul keçirib

14:35 | 01.03.2014
Bu gün prezident qəbul keçirib

Bu gün prezident qəbul keçirib

Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Faizal Razeenin etimadnaməsini qəbul edib. Görüşdə Azərbaycanla Şri-Lanka arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb, əlaqələrimizin genişləndirilməsi üçün mövcud imkanların araşdırılaraq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyi qeyd olunub. Bu gün Azərbaycan prezidenti həmçinin Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aniset Qabriel Kotçofanın etimadnaməsini qəbul edib. Kotçofa ölkəsinin Azərbaycanla qarşılıqlı tərəfdaşlıq əlaqələrinin bir sıra istiqamətlərdə, o cümlədən enerji, elm, təhsil və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan prezident İlham Əliyev isə əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezidenti İlham Əliyev bu gün eyni zamanda Meksikanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marta Elena Barsenanın etimadnaməsini qəbul edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Səfir M. Barsena ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM