Kiyevin Müstəqillik Meydanında gecələyən avrointeqrasiya tərəfdarları bu gün səhər meydandan Nazirlər Kabineti və Ali Radanın binalarına doğru yürüş ediblər.
APA-nın “Segodnya.ua” saytına istinadən verdiyi məlumata görə, nümayişçilərin kiçik hissəsi Nazirlər Kabinetinin binasını qarşısında qalıb, qalan hissəsi isə parlamentin qarşısına gedib. Ali Radanın binası “Berkut” xüsusi təyinatlı milis dəstəsi tərəfindən mühasirəyə alınıb. Binanın qarşısına çatan mitinqçilər Ukraynanın Dövlət Himnini oxumağa başlayıblar. Onlar milisləri xalqın tərəfindən keçməyə çağırıblar. Daha sonra müxalifətçilərin çıxışları başlayıb. Sabiq daxili illər naziri Yuri Lusenko milisi öz andına sadiq qalaraq Ukraynaya xidmət etməyə çağırıb. Qeyd edək ki, bu gün Ali Radanın növbəti iclası keçiriləcək. İclasda Nikolay Azarovun başçılıq etdiyi Nazirlər Kabinetinə etimad məsələsinə baxılacaq. Hökumətin istefaya göndərilməsi haqqında qərar layihəsi bir gün əvvəl Radanın Dövlət quruculuğu və yerli özünüidarəetmə komissiyasında bəyənilib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !