Bu gündəlik ərzaqlar hər il milyonlarla insanı öldürür - ARAŞDIRMA

14:58 | 19.05.2014
Bu gündəlik ərzaqlar hər il milyonlarla insanı öldürür - ARAŞDIRMA

Bu gündəlik ərzaqlar hər il milyonlarla insanı öldürür - ARAŞDIRMA

Ərzaqlar tütün məmulatları kimi nəzarətə götürülməlidir

Beynəlxalq İstehlakçılar (Consumers International) və Dünya Piylənmə Federasiyası (World Obesity Federation) birgə bəyanat yayaraq bildirib ki, ərzaq industriyası qlobal insan sağlamlığını ciddi şəkildə risk altında saxlayır və o, tütün məmulatları kimi nəzarətə götürülməlidir. Adı çəkilən qurumlar daha ciddi qərarların qəbul olunması üçün çağırış ediblər. "BBC"də yayımlanan məqaləyə əsasən, ərzaq qablaşdırılarkən onlara siqaret qutularında olduğu kimi xəbədaredici kağızların yapışdırılması bu sahədə ciddi addım ola bilər. Ərzaq və İçki Federasiyası isə öz növbəsində istehlakçıların sağlamlığı üçün müxtəlif seçimlər üzərində işlədikləri barədə açıqlama yayıb.  

Fəlakəti önləmək üçün

"CI" və "WOF" qurumları dünya ölkələrinin ərzaq və içki industriyaları barədə ciddi ölçülər götürməyinin vacib olduğunu bildirirlər. Belə ki, piylənmə və artıq çəkiyə görə ölümlər 2015-ci ildə 2.6 milyon nəfər idisə, 2010-cu ildə bu rəqəm 3.4 milyona yüksəlib. Yeni qaydalar ərzaqdakı duzun, hopdurulmuş yağın və şəkərin miqdarının azaldılmasını və ictimaiyyəti sağlam qidalanma barədə maarifləndirməyi əhatə etməlidir. 5 il ərzində süni trans-yağların bütün ərzaq və içki məhsullarından çıxarılması tövsiyyə edilir. Qurumların fikrincə,  "X-Factor" kimi televiziya proqramlarında uşaqlar üçün reklamlar ciddi şəkildə məhdudlaşdırılmalıdır. Hesabatda qeyd olunur ki, hökumətlər ərzaq qiymətlərinə, vergilərin tətbiqinə, lisenziya nəzarətinin dəyişdirilməsinə və bütün bunlar barədə yeni araşdırmanın aparılması məsələsinə baxmalıdır. "Consumers International" təşkilatının nümayəndəsi Lyuk Apçorç bildirir ki, ərzaq industriyası eynilə  tütün industriyasının bütün dünyada üzləşdiyi münasibətə tən rəftarla üzləşməlidir. 

"Biz 1960-cı illərdəki situasiyanın qarşısını almağa çalışırıq. O vaxtlar tütün industriyası siqaretin insana zərərli olmadığını, sağlamlıq üçün faydalı olduğunu deyirdi, 30-40 il keçdi və milyonlarla insan öldü. Əgər biz indi hərəkətə keçməsək, eyni fəlakət zərərli ərzaq istehlakından da gələcək ", - Lyuk Apçorç açıqlamasında deyib.  Onun sözlərinə görə, qlobal razılaşma əsasında "sərt ölçülər" götürülməlidir, hökumətlər hazırda olduğu kimi problemləri görməzdən gəlmək əvəzinə,  qanun çərçivəsində lazımi addımlar atmalıdır. 

Apçorç bu sahədə Braziliya və Norveçin atdığı addımların təqdirə layiq olduğunu, Böyük Britaniya hökumətinin isə "əla ideyalarının" olduğunu deyib. 

Məsələ barəsində açıqlama verən digər mütəxəssislər də piylənmə və zərərli qida istehlakına qarşı dünya dövlətlərinin bir mövqedən çıxış etməsinin vacib olduğunu vurğulayıblar. Əgər ərzaq təhlükəsizliyi təmin edilməzsə, insanların səhhəti böyük təhlükəylə üzləşəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM