Bu gündən payız başlayır

09:14 | 23.09.2014
Bu gündən payız başlayır

Bu gündən payız başlayır

Xalq təqvimi ilə bu gündən payız başlayıb və gecə-gündüz bərabərliyi baş verib. ANS PRESS-in verdiyi məlumata görə, xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-23-də payız fəsli başlayır. Sentyabrın 22-dən payız mövsümünün başlaması ilə gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz 12 saat olmaqla sutka yarıya bölünür. Artıq bu gündən başlayaraq gecələr uzanmağa, gündüz qısalamağa başlayır.Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında payızın sentyabrın 23-ü Bakı vaxtı ilə 07:29 dəqiqədə ölkəmizə qədəm qoyacağını bildirmişdi. X.Mikayılovun sözlərinə görə, həmin an Günəş payız bərabərliyi nöqtəsində olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM