“Unibank bu 2 ildə bizim üçün həm bank işində təcrübə imkanı yaratdı, həm də səmimi kollektiviylə doğma ünvan oldu. Bu müddətdə bankın bütün departamentlərində və filiallarında təcrübə keçərək, bank sahəsindəki biliklərimizi təcrübədə daha da təkmilləşdirdik”- bunu Unibankın “UniŞans-1” layihəsinin qalibi Gülnar Kərimova deyir. Gülnar və onun kimi müxtəlif universitetlərin iqtisadi yönümlü ixtisaslarında təhsil alan 9 tələbə 2 ildir ki, Unibankın təqaüd proqramı olan “Unişans” layihəsi çərçivəsində bank işini öyrənirlər. “Unişans-1”in digər qalibi Dilbər Əhmədli isə deyir ki, Unibankda təcrübədə olduqları bu iki ildə öyrəndikləri, ali məktəbi bitirdikdən sonra onların iş tapmasını da asanlaşdıracaq. Bank təcrübə müddətində bu tələbələrə aylıq təqaüdlə yanaşı, proqramın sonunda sertifikat və tövsiyyə məktubu da təqdim edib.
Qeyd edək ki, Unibankın təqaüd proqramı iqtisadi yönümlü ixtisaslar üzrə əyani şöbədə təhsil alan universitet tələbələri üçündür. Təqaüd proqramında 600-dən yüksək bal toplamış 3 və 4-cü kurs tələbələri iştirak edə bilər.
“Unişans” proqramı tələbələr arasından Azərbaycanın istedadlı gənclərinin üzə çıxarılmasına, həmin tələbələrin qabiliyyətlərinin inkişaf etdirilməsinə və gələcək bank mütəxəssislərinin hazırlanmasına, onların intellektual tərəqqisi üçün şərait yaradılmasına dəstək olmağa yönəldilib. İqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin professional inkişafı sahəsində layihələrə yardım “Unibank” KB -nin siyasətinin istiqamətlərindən biridir.
Unibank- hər kəsin bankı.
ANN.Az