“Bu gun 4 qol “yedik” - MÜSAHİBƏ

16:30 | 08.04.2017
“Bu gun 4 qol “yedik” - MÜSAHİBƏ

“Bu gun 4 qol “yedik” - MÜSAHİBƏ

Azərbaycan futzal yığmasının baş məşqçisi Biro Jade Avropa çempionatının əsas seçmə mərhələsində Bosniya və Herseqovina yığmasına 5:4 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, braziliyalı mütəxəssis ilk olaraq oyun haqda danışıb. 

- Oyunlarda 1-2 top buraxırdıqsa, bu gun 4 qol "yedik"... 

- Təcrübəli komandayıq. 4 günə 3 oyun keçirməliyik. Belə turnirlərdə bu cür səhvlərə yer yoxdu. Xüsusilə 4:2 olanda qol fürsətləri boşa verdik

- Rövşən Huseynlinin 3-cü qolda gunahı oldu. Qapıçımızın oyununu necə qiymətləndirirsiniz?

- Cəmi 3 azərbaycanlıya şans verdiz. Bəs qalanları?

- Rəqib cüssəli oyunçulardan ibarət idi. Buna ən uyğunları oynadı Rövşənə gəlincə, qapıçı qol buraxanda həmişə diqqət mərkəzinə düşür. Lazımi epizodlarda Hüseynli bizə kömək etdi.

- Macarıstan və Albaniya yığmaları haqda fikirləriniz necədir?

- Çox maraqlı oyun idi. Bu komandaları təhlil etmişdim. Əvvəl gördüyüm sistemdə oynayırlar.

- Bu gün çox çətin qələbə qazandıq. Ancaq əvvəllər evdə əksər reqibləri asan məğlub edirdik. Nə oldu indi?

- Əvvəllər favoritlər qalib gəlirdi. Dünya çempionatında bu tendensiya alt-üst oldu. Hər komanda maksimum mübarizə aparır. Hər oyunda canını qoymalısan. 

- Bu, yığmamızın maksimumu idi?

- Qətiyyən! Səhvlərimiz çox oldu. Amma indi təhlilə vaxtımız yoxdu. Sabah bizi növbəti sınaq gözləyir.

- Bir gecəyə problemləri necə həll edək?

- Əsas qələbə idi, bunu da qazandıq.

- Vaxtilə yığmamızda düşünən beyin var idi - Biro Jade. Bu gun komandamızda belə oyunçu yoxdu. Braziliyada sizin səviyyədə oyunçu qalmayıb?

- Əvvəla, komplimentə görə təşəkkür edirəm. Braziliyada axtarışlarımız davam edir. Ancaq bu oyunçuların arasında da potensialını açmayanlar var. İnanıram ki, onlar hələ sözlərini deyəcəklər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM