Bu gün Avro-2020-də 1/4 finalın daha iki oyunu keçiriləcək

09:03 | 03.07.2021
Bu gün Avro-2020-də 1/4 finalın daha iki oyunu keçiriləcək

Bu gün Avro-2020-də 1/4 finalın daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.
Modern.az xəbər verir ki, bu gün daha iki qarşılaşma ilə yarlmfinalçıların adına tam aydınlıq gətiriləcək.
Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. 

İkinci qarşılaşmada İngiltərə və Ukraynayığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq. 

Dünənki oyunlarla İtaliya və İspaniya yığma komandaları artıq yarımfinala yüksəliblər.

Avropa çempionatı

1/4 final
20:00. Çexiya - Danimarka


Baş hakim: Byorn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu


23:00. Ukrayna - İngiltərə


Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM