Bu gün Azərbaycan-Slovakiya qarşılaşması baş tutacaq

09:49 | 22.09.2022
Bu gün Azərbaycan-Slovakiya qarşılaşması baş tutacaq

Bu gün Azərbaycan-Slovakiya qarşılaşması baş tutacaq

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində C Liqasının 1-ci qrupunda Slovakiya millisi ilə qarşılaşacaq. 

Trnavanın Antona Malatinski stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq. Oyuna Uilyam Kollam hakimlik edəcək. 
 
Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək.
 
Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti