Bu gün Azərbaycanın daha üç cüdoçusu tatamiyə çıxacaq

10:44 | 30.01.2022
Bu gün Azərbaycanın daha üç cüdoçusu tatamiyə çıxacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu tatamiyə çıxacaq

Portuqaliyanın Almada şəhərində bu gün keçiriləcək Qran-Pri turnirinin üçüncü - son günündə Azərbaycanın üç cüdoçusu - Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

"Qafqazinfo” xəbər verir ki, Adil Kərimli israilli Stanislav Bançuk, İmran Yusifov ABŞ təmsilçisi Kristian Konoval, Uşanqi Kokauri isə konqolu Klement Musumadi ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM