Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
AzVision.az-ın məlumatına görə, mərasim Moskvada Dövlət Kreml Sarayında Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Qaydalara görə ev sahibi Rusiya millisi A qrupunun 1-ci komandası olacaq.
Püşk öncəsi səbətlərin tərkibi isə belədir:
A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !