Bu gün paytaxtın 4 rayonu üzrə pensiya ödənişləri həyata keçiriləcək.
Anews.az xəbər verir ki, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları bu gün pensiya ala biləcək.
Covid-19 pandemiyası ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !