Bu gün Ermənistan parlamentində sərhədlərin demarkasiyası və delimitasiyası müzakirə olunacaq

10:50 | 09.04.2024
Bu gün Ermənistan parlamentində sərhədlərin demarkasiyası və delimitasiyası müzakirə olunacaq

Bu gün Ermənistan parlamentində sərhədlərin demarkasiyası və delimitasiyası müzakirə olunacaq

Bu gün Ermənistan Parlamenti müxalifət partiyaların təşəbbüsü ilə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edəcək. Bu barədə parlamentin  spikeri Alen Simonyan məlumat verib.
 
"Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir", - o deyib.
 
Ermənistan mətbuatı yazır ki, bu məsələ ilə bağlı Mher Qriqoryan və Ararat Mirzoyan parlamentə  dəvət olunub. Onlar fövqəladə iclası qapalı rejimdə keçirmək qərarına gəliblər.
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.
 
 Ermənistanla Azərbaycan arasında delimitasiya üzrə komissiyaların sonuncu iclası yanvarda keçirilib. Görüşdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri delimitasiya komissiyalarının iclaslarının intensivləşdirilməsi barədə razılığa gəliblər. 
 

Sərhədlərin delimitasiyası komissiyası üzvlərinin indiyədək 4 dəfə görüşü olub.  
 

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb