Bu gün “Eurovision”u Çingiz bağlayacaq

10:06 | 16.05.2019
Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Bu gün 64-cü "Eurovision” mahnı müsabiqəsinin növbəti buraxılışı baş tutacaq. Anews.az xəbər verir ki, layihənin ikinci yarımfinalında 18 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.
Onlar Ermənistan,  İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniyadır. 
Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə sonuncu, yəni 18 nömrə altında səhnəyə çıxacaq. 
Bu məqamda bildirək ki,  dünən ikinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah  bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.(qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM