Bu gün IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Anews.az-in məlumatına görə, Bakı Olimpiya Stadionunun ev sahibliyi edəcəyi tədbir saat 21:00-da başlayacaq.
"IV İslam Həmrəyliyi Oyunları”nın açılış mərasimi ilə əlaqədar mayın 12-də "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyət göstərməyəcək.
Bu gün səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən "Koroğlu” NMM-ə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun "Qara Qarayev”, "Neftçilər” və "Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək.
Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə "Neftçilər” metrostansiyasına, 139, 148, 163, 166, 184, 198, 204, 216, 214, 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə "Qara Qarayev” metrostansiyasına, 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ beton yolundan keçməklə "Həzi Aslanov” metrostansiyasına yönləndiriləcək.
Dəyişikliyə əsasən, mayın 12-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.
2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.
4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən 28 May metrostansiyasına qədər hərəkət edəcək.
21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən "Əhmədli” metrostansiyasından son dayanacağı "Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən "Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı "Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən Azneft dairəsinə qədər fəaliyyət göstərəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !