Bu gün Milli Məclisin iclası keçiriləcək: Nələrdən danışacaqlar?

09:23 | 30.03.2020
Bu gün Milli Məclisin iclası keçiriləcək: Nələrdən danışacaqlar?

Bu gün Milli Məclisin iclası keçiriləcək: Nələrdən danışacaqlar?

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

BakuPost xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-nə dək müddətli həqiqi hərbi xidmətə çağırışı" haqqında qanun layihəsi, "Tibbi sığorta haqqında" qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik və başqalarıdır.

Qeyd edək ki, bugünkü plenar iclas zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb. Həmçinin yaşı 65-dən yuxarı olan millət vəkilləri iclasda iştirak etməyəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM