1948-ci ildə I Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.
1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd edilir. Azәrbaycanda da Sәhiyyә Nazirliyi vә ÜST-ün dәstәyi ilә Ümumdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә tәdbirlәrin hәyata keçirilmәsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının terapevti İbrahim Əfəndiyev Report-a açıqlamasında insanların sağlam şəkildə həyat sürməsi üçün lazım olan məqamları diqqətə çatdırıb.
"İnsanın sağlamlığı öz əlindədir. Ona görə də yaşayış tərzinə, qidalanmaya, ətraf mühitə qarşı münasibətə, eləcə də əsəb sisteminin tənzimlənməsinə xüsusi diqqət yetirmək lazımdır. Hətta müəyyən yaş həddinə çatandan sonra buna xüsusi fikir verilməlidir. Təəssüf ki, bunu çox vaxt edə bilmirik. Sağlamlığı qorumaq üçün il ərzində iki dəfə müəyyən müayinələrdən keçmək şərtdir. Əsas da ürək-qan damar sistemi, tənəffüs və həzm sistemi ilə bağlı müayinələrə üstünlük verilməlidir. Fəsillərin dəyişməsi zamanı bunu mütləq yoxlamaq lazımdır. Çünki bu zaman kəsiyində xroniki xəstəliklər daha da kəskinləşir”, - deyə o bildirib.
Onun sözlərinə görə, hərəkətliliyin yüksək səviyyədə olmasına da diqqət yetirmək lazımdır:
"Son illər texniki tərəqqi ilə əlaqədar insanlar oturaq həyat tərzi keçirirlər. Gün ərzində 14-15 saat sükan arxasında olmaq arzuolunan deyil. Bu da hipodinamiyaya gətirib çıxarır. Məhz bütün xəstəliklərin başlanğıcı bununla bağlıdır. Belə olanda damarlarda qanın hərəkəti müəyyən qədər zəifləyir. Piyada gəzmək - insan orqanizminin gücü və əzələ sümük sisteminin gəzintiyə davamlılığındən asılıdır. Gün ərzində maksimum 5-6 saat piyada gəzmək məsləhət görülür. Şam yeməyindən sonra da bir-iki saat gəzmək daha güclü effekt verir. Bu, həm də insanın gecə rahat yuxu almasına şərait yaradır. Hər bir yaşda da bunun saatı və müəyyən məsafəsi var”.
Terapevt vurğulayıb ki, qəfil ölümlər fərdi xarakter daşıyır:
"Çünki özünə və sağlamlığına diqqət edən insanlarda bu hal müşahidə olunur”.
Qeyd edək ki, hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. 2017-ci ilin Ümumdünya Sağlamlıq Günü yayılmasına görә әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-ün Avropa regionunda 128 000 suisid halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !