Bu gün neçə nəfər azadlığa buraxılacaq? - RƏSMİ

11:27 | 03.12.2021
Bu gün neçə nəfər azadlığa buraxılacaq? - RƏSMİ

Bu gün neçə nəfər azadlığa buraxılacaq? - RƏSMİ

Bu gün Azərbaycanda cəzaçəkmə müəssisəsələrindən ümumilikdə 114 məhkum azadlığa buraxılacaq, bunu Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsindən amnistiya şamil edilən 19 nəfər azad edilib. Onlardan 9 nəfəri azadlığa buraxılıb, 10 nəfəri isə gün ərzində buraxılacaq. 15 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər məhkum azadlığa buraxılıb. Həmin şəxslərə amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

"Noyabrın 5-dən dekabrın 1-dək Penitensiar Xidmət üzrə 1787 nəfərə Amnistiya Aktı tətbiq edilib. Həmin şəxslərdən 34 nəfəri qadın, 2 nəfəri yetkinlik yaşına çatmayanlar və 60 nəfəri isə 60 yaşlı məhkumlardır. Artıq 1 391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəza çəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb, 359 nəfər məhkum müalicəyə yönləndirilib, onların müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb", - deyə Aynur Sabitova əlavə edib. 

Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Aytac Zeynalova
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM