Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.
Hər iki hərbçi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində şəhid olublar.
İyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Döyüş nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin daha beş hərbi qulluqçu şəhid olub.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də ikinci Fəxri xiyabanda dəfn olunublar.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !